Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində müəllif məqaləsi dərc olunub.
Məqalədə müəllif Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın nitqini şərh edib.
“Tezliklə Ermənistanla Qarabağı birləşdirən 150 km-lik yol inşa ediləcək. İndiki məqamda plana uyğun olaraq, ilkin müzakirələrə görə 2020-ci ildə 150 km yol inşa etməyə hazırlaşırıq. Artıq qərar verilib. Cənub istiqamətinə Qafandan Hadrutadək yolun inşası müzakirə edilir. İlin sonunadək bütün bu müzakirələrə yekun vurulacağına və artıq bu yolun necə inşa ediləcəyinə dair yol xəritəsinə malik olacağımıza əminəm”, - deyə Qriqoryan bildirib.
“Yeri gəlmişkən, müsahibədə Qriqoryan 2020-ci ildə yolun qısa vaxt ərzində inşasına və yolun inşasının maliyyələşməsinin həll edildiyinə əmin edib. Qriqoryan Ermənistan hakimiyyəti sistemində xüsusi vəzifə tutur. Əgər Qriqoryan konkret vaxt açıqlayırsa, deməli söhbət artıq bütün elementlərin dəqiqləşdirildiyi, hazırlanmış layihədən gedir deyə bu açıqlama cəmiyyət və beynəlxalq ictimaiyyətdə şübhələr yaratmamalıdır. Bu açıqlama ictimaiyyət arasında rezonansa səbəb olması təsadüfi deyil və bunun səbəbləri məlumdur. Ermənistanla Qarabağ arasında hər hansı yolun strateji əhəmiyyəti barədə danışmaq ümumiyyətlə artıqdır. Qafan-Hadrut yolunun inşası isə hər cəhətdən strateji əlaqəni iqtisadi və hərbi-siyasi cəhətdən daha da möhkəmləndirəcək.
Təbii ki, Ermənistanda ruh yüksəkliyi verən hər bir layihə Azərbaycanda kəskin qarşılanır. Elə buna görə də Qriqoryanın açıqlamasına Azərbaycan XİN sərt bəyanatla reaksiya verib. Lakin maraqlıdır ki, məlumatlı mənbələr Qriqoryanın sensasiyalı açıqlamasının etibarlılığını şübhə altına alırdı. Bunun müxtəlif cür əsaslandırmağa çalışırdılar. İlk növbədə, onun belə strateji layihəni ictimailəşdirəcək xüsusi vəzifə sahibi olmadığı vurğulanır. Adətən hökumətin xüsusi layihələri barədə şəxsən Paşinyan özü məlumat verir.
Lakin Ermənistan büdcəsinin belə strateji layihəni həyata keçirmə iqtidarında deyil. Hazırlıq tədbirləri görmədən belə bir layihənin icrasına başlamaqda problem yarada bilər. Məsələn bu vəsait “Hayastan” ümumerməni fondu vasitəsilə yerinə yetirilməsinə hazırlıq aparıla bilərdi. Bu baxımdan Qriqoryan ümumiyyətlə vəziyyətdən xəbərdar deyil. Nəhayət cənub istiqamətinə Qafan-Hadrut yolunun inşası lahiyəsi böyük ehtimalla həyata keçirilə bilən kifayət qədər üstüörtülü müzakirə olunan fikirdir. Lakin Qriqoryanın iddia etdiyi kimi bu barədə hələ siyasi qərar verilməyib. Beləliklə, əminliklə demək olar ki, Qriqoryanın bəyanatı daha çox macəranın nəticəsidir. Müəyyən səbəblərə görə, heç olmasa indiki məqamda bu mövzuya toxunmağı düzgün hesab etmirdik”, - deyə məqalə müəllifi bildirir.
Müəllif qeyd edir ki, siyasi blef açıqlamaları bir qayda olaraq Serj Sarkisyanın xüsusiyyəti idi.
“İndi isə artıq bu barədə susmağın yersiz olduğu qeyd olunur. Çünki nüfuzlu rus saytlarından birində Qriqoryanın bəyanatının blef olduğunu əks etdirən məlumat yer alıb. Bu xəbər digər internet resurslarında da yayılmaqda davam edir. Qriqorayan reallığa çevrilməyə perespektivi olmayan bir layihə haqqında açıqlama verib. İstənilən halda layihənin icrası üzrə onun qeyd etdiyi müddət Paşinyana və onun hökumətinin nüfuzuna qaytarılmaz zərbə vuracaq. Məsələn, Ermənistanın 3-cü prezidenti olan Sarkisyan rəhbərlik etdiyi dönəmin müxtəlif mərhələlərində Ermənistan-İran dəmiryolunun, yeni AES-in inşasını vəd edib. Əslində isə cəmiyyəti aldadıb. Belə bir davranış tərzinə ictimaiyyətin etimadı olan inqilabi hökumət yol verə bilməz”, - deyə məqalədə bunun böyük bir səhv olduğu diqqətə çatdırılır.
Bununla yanaşı, Qriqoryanın bu açıqlamasından Paşinyanın xəbərdar olmadığına dair əminlik vurğulanır. Həmçinin Qriqoryan tərəfindən öz komandasına qarşı siyasi xəyanətə yol vermədiyinə əmin olmaq istəyirik deyə məqalədə qeyd olunur.
“Onun bu son bəyanatı qalmaqallıdır. Belə bir vəzifə sahibi olan məmurun bu cür məsuliyyətsiz bəyanatlarla çıxış etməyə haqqı yoxdur. Yaranmış vəziyyətdə ən yaxşı çıxış yolu Qriqoryanın istefasıdır. Əks halda səs-küylü istefa qaçılmaz olacaq. Çünki hökumət ictimaiyyətin gözündə dəyərdən düşmək və beynəlxalq tərəfdaşların etimadını itirməklə Qriqoryanın məsuliyyətsiz açıqlamalarının nəticələri altına girə bilməz”, - deyə müəllif Qriqoryanın istifasını tələb edir.
Qeyd edək ki, Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsində hər hansı bir fəaliyyəti ilə nəzərə çarpmayıb. Onun faydalı fəaliyyət xəttinin olduqca aşağı olduğu barədə dəfələrlə vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az